BAK BMT ilə layihə həyata keçirir

Benilüks Azərbaycanlıları Konqresi BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ( UNHCR )  ilə birgə həyata keçir diyi "Qaçqın, məcburi köçkün, müharibə əlillərinin sosial problemlərinin həllinə yardım" layihəsi çərçivəsində bu qəbildən olan insanlarla görüş keçirilib. BAK-dan "OLAYLAR"-a bildirilib ki, layihə çərçivəsində qaçqın və məcburi köçkünlərin sosial məslələrin həllində üzləşdikləri problemlərin həlli istiqamətində maarifləndirilmə işləri aparılır, bu sahədə onlara məxsus hüquqlar izah olunur. Tədbirin yekununda iştirakçılara izah olunub ki, bu kimi problemlərin tezliklə həll olunması üçün müvafiq icra hakimiyyəti orqanları ilə müzakirələr aparılacaq. Görüşdə çıxış edən qaçqın və məcburi köçkünlərin nümayəndələri prezident İlham Əliyevə onlara göstərilən qayğı və diqqətə görə minnətdarlıqlarını bildiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00