AŞ media azadlığı və etika məsələlərini müzakirə edəcək

Milli Məclisin deputatları Rafael Hüseynov və Sahibə Qafarova Avropa Şurası Parlament Assambleyasının Media üzrə alt komitəsinin iclasında və media məsələlərinə həsr olunmuş beynəlxalq konfransda iştirak etmək üçün mayın 11-dən 14-dək İstanbulda səfərdə olacaqlar. İclasda media azadlığı və etika məsələlərində, həmçinin media şəffaflığı və internetin tənzimlənməsində parlamentlərin rolu, Avropada media azadlığının qorunması, internetdə kiberterrorizm və genişmiqyaslı həmlələrlə mübarizənin gücləndirilməsi və digər mövzularda müzakirələr aparılacaq. Deputatlarımız iclasda çıxış edəcək, müzakirə olunan məsələlərlə bağlı fikirlərini bildirəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00