Prezident İlham Əliyev: "Fransa və Azərbaycan arasında hər bir istiqamət üzrə qarşılıqlı anlaşma var"

Mayın 12-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Fransa Prezidenti Fransua Ollandın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

Trend-in məlumatına görə, görüşdə Azərbaycan Prezidenti İlham Əliyev Fransa Prezidentini səmimiyyətlə salamlayıb.

Dövlət başçısı bildirib ki, dünən və bu gün tərəflər arasında geniş fikir mübadiləsi aparılıb: "Fransa-Azərbaycan dostluq əlaqələrinin inkişafı ilə bağlı danışıqlar apardıq. Bu gün nümayəndə heyətlərinin iştirakı ilə biz bu danışıqları davam etdiririk. İkitərəfli gündəliyimiz çox genişdir, bir çox məsələləri əhatə edir və hər bir istiqamət üzrə qarşılıqlı anlaşma var və qarşılıqlı dəstək göstərilir. Bir daha sizi ürəkdən salamlayıram. Mən əminəm ki, səfərin çox gözəl nəticələri olacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00