Fransa prezidenti Dağlıq Qarabağ münaqişəsinin həlli üçün səyləri artırmağı vəd edib

Fransa Ermənistan və Azərbaycan arasında indiki münaqişənin sülh yolu ilə həllini tapmaq üçün ondan asılı olan hər şeyi edəcək. Bunu Fransa prezidenti Fransua Olland bazar günü Bakıda bildirib.
"Mən regional səfər çərçivəsində Azərbaycana gəldim. Mən həmçinin Ermənistana və Gürcüstana baş çəkməyə hazırlaşıram", - Olland fransız vətəndaşlarıyla görüşdə bildirib.
Onun sözlərinə görə, on minlərlə həlak olanlar var, son zamanlar bəzi hadisələr baş verib.
"Buna görə Fransa Minsk qrupunun həmsədri kimi, Azərbaycana və Ermənistana münaqişəni sülh yolu ilə həllini tapmaq üçün əlindən gələ hər şeyi edəcək",- Fransa prezidenti bildirib.
"Mən düşünürəm ki, bu iki ölkənin xeyrinədir", - Olland qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00