Həmsədrlər Dağlıq Qarabağ ərazisində Suriya ermənilərinin yerləşdirilməsi məsələsini araşdıracaq

ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində Suriyadan köçmüş ermənilərin yerləşdirilməsi məsələsini araşdıracaq. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Nazir bildirib ki, may ayının ortalarında həmsədrlər Ermənistana, işğal altındakı Dağlıq Qarabağa və Azərbaycana səfər edəcəklər: "Həmsədrlər Dağlıq Qarabağdakı vəziyyətlə tanış olmaq istəyirlər. Bilirsiniz ki, Suriyadakı xoşagəlməz hadisələrə görə oradakı bəzi ermənilər işğal olunmuş Azərbaycan torpaqlarında məskunlaşıblar. Mən ATƏT sədrinə bununla bağlı rəsmi məktub ünvanladım və xahiş etdim ki, faktaraşdırıcı missiya bu məsələni araşdırmaq üçün Qarabağa səfər etsin". apa

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00