Nazir “6 prinsip”ə münasibət bildirdi

 "Bu 6 prinsip əvvəllər də səslənmişdi". Bunu ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik tərəfindən münaqişənin həllinə dair 6 prinsipin açıqlanmasına münasibət bildirən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib. O bildirib ki, Azərbaycan tərəfi sülh sazişinin işlənib hazırlanmasına tərəfdardır: "Mövcud status-kvo qəbuledilməzdir. Status-kvo ermənilər üçün də qəbuledilməzdir, ölkədə inkişaf getmir, demoqrafik problemlər var. Biz erməni tərəfinə çağırış edirik ki, bu məsələni həll edək".   Lent.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00