Əli Həsənov: “Azərbaycan gənclərinin məşğulluğunu təmin etmək çətin məsələdir”

"Azərbaycan əhalisinin 31 faizi gənclərdi. Onların məşğulluğunu təmin etmək çətin məsələdir". Bunu Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib. O, Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın iclasında çıxışı zamanı bildirib ki, bütün çətinliklərə baxmayaraq, Azərbaycan hökuməti bunu öhdəsindən gəlir. Hazırda gənclərin işlə təmin edilməsi prosesi davam etdirilir. 

"Bu prosesi asanlaşdıran qərar ötən iş ölkə başçısı tərəfindən verilib. Belə ki, bu qərara görə təqaüd yaşına çatan şəxslərin işdən azad olunmasına başlanıldı. Bu qərar cəmiyyətdə birmənalı qarşılanmadı. Bəzi alimlər etiraf etdilər ki, biz hələ indi yeni ixtiralar etmək istəyirik. Amma bu qərar vacib idi. Çünki bu qərar tətbiq olunmasaydı, Azərbaycan gənclərinin işlə təmin olunmadı çətin olardı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00