Putinin 300 jurnalistə verdiyi gizli mükafat nəyə xidmət edir? - ŞƏRH
Ərəstun Oruclu: “İndi bunun hamısını dünənə qədər ambisiyalarla, hikkələrlə qidalandırılan Rusiya cəmiyyətinə həzm etdirmək qalır”
8 May 2014 12:53 Siyasət"Şərq-Qərb" Araşdırmalar Mərkəzinin direktoru Ərəstun Oruclu Rusiya Prezidenti Vladimir Putinin gizli qərarlarından danışıb. Ə.Oruclunun sözlərinə görə, Putin 300 jurnalistə faktiki olaraq gizli mükafatlar verəndə aydın idi ki, o, hansısa ciddi addımı atmağa hazırlaşır: "Nəhayət, bu gün həmin addım göründü:
- Rusiya prezidenti bəyan elədi ki, Ukraynada qarşıdan gələn prezident seçkiləri düzgün istiqamətdə inkişafdır;
- Vladimir Putin Şərqi Ukraynadakı federalizm tərəfdarlarını referendumu daha uzaq tarixlərə çəkməyi xahiş etdi;
- Rusiya öz qoşunlarını Ukrayna sərhədlərindən geri çəkir. İndi bunun hamısını dünənə qədər ambisiyalarla, hikkələrlə qidalandırılan Rusiya cəmiyyətinə həzm etdirmək qalır. Onun da öhdəsindən həmin 300 jurnalist layiqincə gələcək. Heç kimə heç nəyi qara qaşına-gözünə görə vermirlər". ("OLAYLAR" İA)