Trampa bənzədiyinə görə öküzü kəsmədilər
10:57 SiyasətBanqladeşdə zahiri görünüşünə görə ABŞ Prezidenti Donald Tramp ilə müqayisə edilən nadir albinos öküzün Qurban bayramında kəsilməsinə icazə verilməyib.
Milli.Az xəbər verir ki, təxminən 700 kiloqram çəkisi olan heyvan kəsilmək üçün fermerdən satın alınsa da, onun fotolarının sosial şəbəkələrdə yayılması vəziyyəti dəyişib. ABŞ liderinə bənzədiyi iddia edilən öküzü görmək istəyən çoxsaylı insanlar fermaya axışıb və ərazidə böyük izdiham yaranıb.
Yaranmış vəziyyəti nəzərə alan Banqladeş Daxili İşlər Nazirliyi təhlükəsizlik səbəblərini və ictimai marağı əsas gətirərək heyvanın kəsilməməsi barədə qərar qəbul edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31