Aİ Kiyevdən diplomatları təxliyə etməyəcək ÖZƏL

Avropa İttifaqı Kiyevdən diplomatlarını təxliyə etməyəcək və əksinə, Ukraynaya hərbi dəstəyi artıracaq. Olaylar.az xəbər verir ki,  Avropa Komissiyasının sözçüsü Anita Hipper bunu Brüsseldə keçirilən brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin Qərb diplomatlarının Kiyevdən təxliyə edilməsinin zəruriliyi barədə xəbərdarlığını şərh edərkən bildirib.
Hipper bildirib ki, "AB Kiyevdəki diplomatik mövcudluğunu qoruyub saxlayacaq. Əksinə, AB Ukraynaya hərbi dəstəyini artıracaq."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31