Lukaşenko Moldovaya xəbərdarlıq etdi: “Əlaqələri kəsmək göbək bağını kəsmək kimidir”- ÖZƏL

Belarus Prezidenti Aleksandr Lukaşenko Moldovaya çağırış edərək ölkənin öz tərəfdaşları ilə münasibətlərini pozmamasını tövsiyə edib. O, bu cür addımı "göbək bağının kəsilməsinə" bənzədib.
Olaylar.az xəbər verir ki, Lukaşenko bu fikirləri Moldovalı siyasətçi və keçmiş prezident İqor Dodon ilə görüş zamanı səsləndirib. Hazırda Dodon Moldova Sosialistlər Partiyasının sədri vəzifəsini icra edir.
"Bu göbək bağını kəsmək və həmişə ortaq dil tapdığınız tərəfdaşlarla münasibətləri pozmaq lazım deyil. Mənim üçün əsas məqam budur və bunu açıq şəkildə demək istəyirəm: Moldova və moldovalılar bizim üçün əzizdir. Sovet İttifaqı dövründə də biz sizin xalqınıza və ölkənizə böyük hörmətlə yanaşmışıq. Biz bunu itirmək istəmirik, ümid edirəm siz də," - deyə Lukaşenko bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31