Azərbaycanda "Ailə Konsepsiyası" sənədi hazırlanır- Bahar Muradova

Azərbaycanda "Ailə Konsepsiyası" sənədi hazırlanıb. "Olaylar" xəbər verir ki, bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Milli Məclisdəki çıxışı zamanı deyib.

O bildirib ki, sənəd razılaşdırmaq üçün müvafiq dövlət qurumlarına göndərilib: "Onlar təkliflərini bizə təqdim edəcəklər. Bu sənəd Azərbaycanın yanaşmasını və qarşıdakı vəzifələr üçün çərçivə rolunu oynayacaq. Bundan sonra icrası ilə bağlı fəaliyyət planı da qəbul ediləcək".

B.Muradova qeyd edib ki, həmçinin, "Uşaq Strategiyasının II Fəaliyyət Planı (2026-2030) yekunlaşma mərhələsindədir. Bunun da icrası problemlərin həlli istiqamətində mühüm rol oynayacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31