Paşinyan İrakli Kobaxidzeni Gürcüstanın Müstəqillik Günü münasibətilə təbrik edib – ÖZƏL
11:35 SiyasətOlaylar.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə dövlət müstəqilliyinin bərpası günü münasibətilə təbrik məktubu ünvanlayıb. Paşinyan öz məktubunda Gürcüstanla qardaşlıq münasibətlərinin möhkəmləndirilməsinin Ermənistan xarici siyasətinin əsas hədəflərindən biri olduğunu və bu əlaqələrin artıq strateji tərəfdaşlıq xarakteri aldığını vurğulayıb.
Eyni zamanda, Gürcüstan nümayəndə heyətinin İrəvanda keçirilən Avropa Siyasi Birliyinin 8-ci sammitində iştirakını xüsusi məmnunluqla qeyd edən Paşinyan, gürcü həmkarının regional əməkdaşlığın inkişafına yönəlmiş səylərini yüksək qiymətləndirib və qonşu ölkəyə sülh, rifah arzularını çatdırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31