Dövlət Gömrük Komitəsinə yeni səlahiyyət verilib - FƏRMAN

Dövlət Gömrük Komitəsinə yeni səlahiyyət verilib.

Olaylar.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmana əsasən, bundan sonra iqtisadi sahədə mütəşəkkil cinayətkarlığa qarşı mübarizə çərçivəsində, öz səlahiyyətləri daxilində binaların (o cümlədən yaşayış yerlərinin), hasarlanmış tikinti obyektlərinin, qurğuların, torpaq sahələrinin, nəqliyyat vasitələrinin və digər obyektlərin müşahidəsini İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə yanaşı, Dövlət Gömrük Komitəsi də həyata keçirəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31