Almaniya sənayesi hərbiyə yönəlir: Avtomobil nəhəngləri müdafiə sektoruna keçir – ÖZƏL
14:15 SiyasətOlaylar.az xəbər verir ki, "The Wall Street Journal"ın məlumatına görə, Almaniya dərin iqtisadi durğunluq və avtomobil sənayesindəki krizis fonunda öz sənaye gücünü hərbi istehsala istiqamətləndirərək Avropanın əsas müdafiə bazasına çevrilməyi hədəfləyir. 2025-ci ildə "Mercedes-Benz"in mənfəətinin 49%, "Volkswagen"in 44%, "Porsche"nin isə 98% azalması və hər ay sənayedə 15 min iş yerinin itirilməsi bu kəskin keçidi sürətləndirib.
Hazırda "Schaeffler", "Volkswagen" və "Deutz AG" kimi nəhəng korporasiyalar dron mühərrikləri, hava hücumundan müdafiə sistemləri və zirehli texnika komponentlərinin istehsalına başlayıb, "Rheinmetall" isə avtomobil zavodlarını hərbi təyinatlı müəssisələrə çevirir. Avropada müdafiə texnologiyalarına qoyulan vençur investisiyalarının 90%-nin Almaniyaya yönəlməsi və kansler Fridrix Mertsin hərbi büdcəni 2029-cu ilə qədər ikiqat artıraraq 162 milyard avroya çatdırmaq planı ölkənin NATO-nun əsas hərbi qüvvəsinə çevrilmək strategiyasından xəbər verir.