Deputatımız Astanaya səfər edəcək
20 Aprel 13:22 SiyasətMilli Məclisin deputatı Azay Quliyev Regional Ekoloji Sammitdə iştirak etmək məqsədilə aprelin 21-də Qazaxıstan Respublikasının Astana şəhərinə səfər edəcək. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a bildirilib ki, millət vəkili sammit çərçivəsində təbii ehtiyatların qorunması istiqamətində əməkdaşlıq imkanları, iqlim və ekoloji çağırışlara yönəlmiş praktik həll yolları ilə bağlı müzakirələrdə iştirak edəcək. Deputatımızın tədbirdə çıxışı nəzərdə tutulub.
Səfər aprelin 24-də başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31