Dənizçilərin taleyin ümidinə buraxılıb-Özəl
20 Aprel 13:21 SiyasətXilas edilən ən qədim gəmidə araşdırma aparılır
Braziliya hakimiyyət orqanları keçən həftə sahil sularında hərəkətsiz vəziyyətdə aşkarlanan çirklənməyə nəzarət gəmisindəki dözülməz şəraitlə bağlı təhqiqata başlayıb. Braziliya Əmək Prokurorluğunun məlumatına görə, ərzaq və su ehtiyatı tükənmək üzrə olan heyət üzvləri göyərtədə "qul əməyinə" bənzər iş şəraitinin olduğunu bildiriblər. "Olaylar"ın məlumatına görə, Tanzaniya bayrağı altında üzən və 1945-ci il inşası olan "Latifa" gəmisi texniki baxımdan bərbad haldadlr. Kolumbiyanın Kartaxena limanından Uruqvaya gedərkən gəminin mühərriki sıradan çıxıb. Bundan sonra gəmi Amapa ştatı sahillərində 20 gündən çox dənizdə sürüklənib. Martın sonunda yardım siqnalı verilsə də, gəmi yalnız aprelin 15-də limana gətirilib.
Gəmidə olan bir Belçika və yeddi Venesuela vətəndaşının alçaldıcı şəraitdə yaşadığı və çalışdığı müəyyən edilib. Prokurorluq gəmi sahiblərinin heyəti faktiki olaraq taleyin ümidinə buraxdığını, uzunmüddətli qida çatışmazlığı, içməli su və elektrik enerjisinin kəsilməsi, həmçinin antisanitariya şəraitinin hökm sürdüyünü iddia edir. Hazırda təhqiqat davam edərkən dənizçilərə sosial dəstək göstərilməsi üçün müvafiq qurumlar birgə çalışır.
81 yaşlı "Latifa" dəniz sularında kommersiya məqsədilə istifadə edilən ən qədim gəmilərdən biri hesab olunur.