Milli Məclisin deputatları Almaniyaya səfər edəcəklər

Milli Məclisin Almaniya ilə parlamentlərarası əlaqələrə üzrə işçi qrupunun rəhbəri Nurlan Həsənov, qrupun üzvləri Kamal Cəfərov, Gülşən Paşayeva və Nigar Arpadarai aprelin 19-da Almaniyanın Berlin şəhərinə səfər edəcəklər. Olaylar xəbər verir ki,
Almaniya Bundestaqının Cənubi Qafqaz ölkələri ilə əlaqələr üzrə parlament dostluq qrupunun rəhbəri Mirze Edisin dəvəti ilə gerçəkləşən səfər çərçivəsində deputatlar Almaniya Bundestaqında olacaqlar, burada görüşlər keçirəcəklər. Görüşlərdə Azərbaycan ilə Almaniya arasında parlamentlərarası əlaqələrin mövcud vəziyyəti, əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
Səfər aprelin 23-də başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31