ABŞ Rusiya gəmilərinə qadağanın müddətini artırdı

ABŞ prezidenti Donald Tramp Rusiya gəmilərinin ABŞ limanlarında lövbər salmasını daha bir il müddətinə qadağan edib.

Musavat.com xəbər verir ki, o, Co Bayden tərəfindən elan edilən dəniz fövqəladə vəziyyətinin müddətini uzadan qərar imzalayıb.

Məhdudiyyətlər ən azı 2027-ci ilin yazına qədər qüvvədə qalacaq. ABŞ prezidenti Rusiyanın dəniz logistikasına təzyiqi azaltmamaq qərarına gəlib. Trampın sənəddəki imzası Rusiyanın Amerika gəmiçiliyindən təcrid olunmuş vəziyyətdə qalması deməkdir.

Rəsmi fərmanda deyilir: "Mən ABŞ limanlarında Rusiyaya məxsus gəmilərin lövbər salmasının və hərəkətinin tənzimlənməsi ilə bağlı milli fövqəladə vəziyyəti daha bir il uzadıram".

Sanksiyalar yalnız milli donanmaya şamil edilmir. Rusiya Federasiyası ilə hər hansı bir əlaqəsi olan bütün gəmilərə də təsir göstərir. Sənəddə bunun əsas səbəbi Rusiyanın ABŞ-ın milli təhlükəsizliyinə davamlı təhdidi kimi göstərilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31