Avropa ABŞ-ın NATO müttəfiqi olaraq qalması üçün əlindən gələni etməlidir ÖZƏL

Avropalı NATO üzvləri ABŞ-ın gələcəkdə ittifaqda etibarlı müttəfiq olaraq qalmasını təmin etmək üçün əllərindən gələni etməlidirlər. Olaylar.az xəbər verir ki, bu fikri NATO-nun keçmiş baş katibi Yens Stoltenberq CNN -ə bildirib . Stoltenberq Prezident Donald Trampın son açıqlamalarını nəzərə alaraq, ABŞ-ın indi digər NATO ölkələrinin etibarlı müttəfiqi olub-olmadığı ilə bağlı sualı cavablandırarkən deyib: "Avropa tərəfində ABŞ-ın gələcəkdə bizim etibarlı NATO müttəfiqimiz olmasını təmin etmək üçün əlimizdən gələni etməyimiz vacibdir".
O qeyd edib ki, hazırda ABŞ və alyansın digər üzvləri arasında müəyyən fikir ayrılıqları mövcuddur, lakin bu ölkələr yalnız birlikdə olmaqla özlərini təhlükəsiz hiss edə bilərlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31