Sahibə Qafarova İstanbulda Papuaşvili ilə görüşdü
18:32 SiyasətGürcüstan parlamentinin sədri Şalva Papuaşvili İstanbulda keçirilən Parlamentlərarası İttifaqın 152-ci Assambleyası çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşüb.
Olaylar.az xəbər verir ki, bu barədə Ş.Papuaşvili "X" hesabında paylaşım edib.
Gürcü spiker qeyd edib ki, Gürcüstan parlamentində təsis edilmiş ilk Parlament Fəxri medalını azərbaycanlı həmkarına təqdim etmək onun üçün xüsusi şərəfdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31