Emosional yox, strateji: Kremlin İran siyasətindəki hesablamalar- ÖZƏL

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov "India Today"ə verdiyi müsahibədə bildirib ki, Rusiya İran ətrafındakı münaqişədə iştirak etmir və bu, onların müharibəsi deyil.
Rusiyanın bu münaqişədə mövqeyi nədir və niyə açıq şəkildə İranın tərəfində çıxış etmir? Mövzu ilə bağlı politoloq Xasay Gəraylı Olaylar.az-a açıqlama verib:
" Kremlin sözçüsun  ifadəsinə görə chr("39")"Bu, bizim müharibəmiz deyil." Amma bu cümlənin arxasında ciddi strateji hesablamalar dayanır.
Birincisi, Rusiya bu gün artıq böyük bir müharibənin içindədir.  Moskvanın həm hərbi, həm də iqtisadi resurslarını ciddi şəkildə məşğul edir. Belə bir vəziyyətdə Kreml üçün yeni bir münaqişəyə birbaşa qoşulmaq rasional addım deyil.
İkincisi, Rusiya Yaxın Şərqdə tərəf seçmək istəmir. Moskva anlayır ki, regionda təsirli qalmaq üçün yalnız bir tərəfə bağlanmaq kifayət etmir. Bu səbəbdən o, həm İranla münasibətləri saxlayır, həm də  ilə əlaqələri qoparmır. Bu, klassik balans siyasətidir.
Üçüncüsü, İran və Rusiya arasındakı yaxınlıq çox vaxt şişirdilir. Bəli, tərəflər əməkdaşlıq edir, amma bu əməkdaşlıq daha çox ortaq maraqlara əsaslanır, emosional və ya ittifaq xarakterli deyil. Yəni Moskva Tehran üçün riskə gedəcək səviyyədə bağlı deyil.
Və ən vacib məqam: Rusiya bu vəziyyətdə döyüşən tərəf olmaqdan çox, oyunu izləyən və lazım gəldikdə müdaxilə edə bilən aktor kimi qalmağa üstünlük verir. Bu mövqe ona daha geniş manevr imkanı verir. Beləliklə, nəticə aydındır: Rusiya İranın yanında deyil, amma ona qarşı da deyil. Moskva bu münaqişədə birbaşa iştirakdan uzaq duraraq öz maraqlarını maksimum qorumağa çalışır.
Bu, emosional deyil, tamamilə hesablanmış siyasətdir".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31