Hörmüzlə bağlı SON DƏQİQƏ - 13 İran gəmisi... - FOTO
12:56 SiyasətDəniz təhlükəsizliyi üzrə ekspert Martin Kelli rəsmi "X" sosial şəbəkə hesabında Hörmüz boğazındakı hərəkətliliklə bağlı məlumat paylaşıb.
Musavat.com xəbər verir ki, ekspert son 24 saat ərzində İranla əlaqəli təxminən 13 gəminin Hörmüz boğazından keçdiyini bildirib.
"CNN"in yaydığı məlumata görə, "Kpler" gəmi izləmə şirkətinin göstəriciləri də boğazdakı aktivliyi təsdiqləyir.
Qeyd olunur ki, son sutka ərzində ən azı 9 beynəlxalq ticarət gəmisi Hörmüz boğazından maneəsiz keçə bilib.
Hazırda regionda naviqasiya təhlükəsizliyi və gəmilərin hərəkət trayektoriyası mütəxəssislər tərəfindən yaxından izlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31