İran Asim Munirə görə qırıcıları HAVAYA QALDIRDI

İran Hərbi Hava Qüvvələrinə məxsus F-4 Phantom II qırıcısının Pakistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi feldmarşal Asim Muniri daşıyan təyyarəni Tehrana qədər müşayiət etdiyi bildirilir.

Musavat.com xəbər verir ki, bu barədə "Azad İran" telegram kanalı məlumat yayıb.

Məlumata görə, Pakistan nümayəndə heyəti ABŞ-İran danışıqlarının ikinci mərhələsi ilə bağlı müzakirələr aparmaq üçün dünən Tehrana səfər edib.

Qeyd olunur ki, təyyarənin İran hava məkanına daxil olmasından sonra ona F-4 Phantom II qırıcısı eskort edilib və bu müşayiət Tehrana qədər davam edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31