Prinspial siyasət nəticəsində Azərbaycan məqsədlərinə nail olur- ÖZƏL

"Rusiya tərəfinin AZAL təyyarəsinin vurulması ilə bağlı kompensasiya ödəməyə razı olması Cənab Prezidentin rəhbərliyi ilə Azərbaycanın növbəti mühüm uğuru hesab olunmalıdır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib: " Rusiya uzun müddət çalışdı ki, bu məsələdən yayınsın və kompensasiya ödəməsin. Ancaq buna nail ola bilmədi. Sona kimi Prezident İlham Əliyev prinsipial və qətiyyətli mövqe göstərdi. Sonda Rusiya anladı ki, mütləq şəkildə Azərbaycanın tələblərini yerinə yetirməli və kompensasiya ödəməlidir.
Bu bir daha onu sübut edir ki, bu gün Azərbaycan güclü dövlətdir, bu gün Azərbaycan regional güc kimi öz rolunu ciddi bir formada oynayır və bu gün Azərbaycan hədəflərinə və məqsədlərinə doğru inamla addımlayır. 
Eyni zamanda bu sübut edir ki, Azərbaycanın güclü Lideri və güclü xarici siyasəti var. Artıq bir çox dünya ölkələri Azərbaycanla hesablaşmağa məcburdurlar. Bu gün biz bunu açıq-aydın müşahidə edirik. 
İnanıram ki, bundan sonra biz Rusiya ilə münasibətlərin daha da normallaşdığını, daha da inkişaf etdiyini və əlaqələrimizin yeni bir mərhələyə daxil olduğunun şahidi olacağıq. 
Rusiya tərəfi bunun ardınca digər addımları da atmalıdır ki, Azərbaycan və Rusiya münasibətləri daha da inkişaf etsin, daha da irəli getsin və mövcud olan bütün fikir ayrılıqları aradan qalxsın. Bu çox önəmli məsələdir".
Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31