Ermənistan parlamentində gərginlik: Müxalifət Paşinyanı boykot etdi – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistan parlamentinin müxalif "Ermənistan" və "Şərəfim var" bloklarının fraksiyaları aprelin 15-də keçirilən iclasda baş nazir Nikol Paşinyanın çıxışını boykot ediblər.

Məlumata görə, müxalifətçi deputatlar baş nazir kürsüyə qalxan zaman zalı tərk ediblər. Hazırda Nikol Paşinyan parlamentin tribunasından Ermənistan Respublikası Hökumətinin 2021-2026-cı illər üzrə proqramının 2025-ci ildəki icrası və nəticələrinə dair hesabatı təqdim edir.

Qeyd edək ki, müxalifət fraksiyaları hökumətin siyasi kursuna etiraz olaraq mütəmadi olaraq bu cür boykot addımlarına əl atırlar. Hazırda baş nazirin çıxışı müxalifətin iştirakı olmadan davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31