Portuqaliya ümumavropa ordusunun yaradılmasına qarşı çıxır-ÖZƏL
14:37 SiyasətPortuqaliya ayrıca Avropa ordusunun yaradılması ideyasını dəstəkləmir və NATO daxilində öz silahlı qüvvələrinin gücləndirilməsini və modernləşdirilməsini dəstəkləyir. Olaylar.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Nuno Melo bildirib. Reuters agentliyinin sitat gətirdiyi kimi, müdafiə naziri parlamentdəki çıxışında deyib: "Biz vahid Avropa ordusunun yaradılmasını müdafiə etmirik" . Nazirin sözlərinə görə, Portuqaliya NATO missiyalarını yerinə yetirmək qabiliyyətini təmin etmək üçün silahlı qüvvələrinə investisiya qoymalıdır. Portuqaliyanın müdafiə naziri vurğulayıb ki, ölkəsi NATO meyarlarına uyğun olaraq, müdafiə xərclərini 2025-ci ilə qədər, yəni qrafikdən dörd il əvvəl 6,12 milyard avroya və ya ÜDM-in 2%-nə qədər artırıb. Silahlı qüvvələrini gücləndirmək üçün Lissabon 5,8 milyard avroluq güzəştli Aİ kreditləri üçün müraciət edib. Nazirin sözlərinə görə, "hər şey yaxşı gedərsə", Portuqaliya 2030-cu ilə qədər yeni freqatlar, zirehli maşınlar, peyklər və dronlar alacaq.