Ermənistan və Litva daxili təhlükəsizlik islahatlarını müzakirə edib – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistan daxili işlər nazirinin müavini Armen Kazaryan Litva xarici işlər nazirinin müavini Odra Plepitenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə DİN-in institusional islahatlarına Litvanın verdiyi ekspert dəstəyi yüksək qiymətləndirilib və daxili təhlükəsizlik sisteminin modernləşdirilməsi üzrə görülən işlər təqdim olunub.

Tərəflər Ermənistan-Aİ viza rejiminin liberallaşdırılması prosesini, xüsusilə beynəlxalq standartlara uyğun yeni nəsil biometrik pasportların tətbiqini müzakirə ediblər. Həmçinin, "112" Vahid Əməliyyat İdarəetmə Mərkəzinin fəaliyyəti, inteqrasiya olunmuş sərhəd nəzarəti modeli və cinayətkarlıqla mübarizədə rəqəmsal alətlərin tətbiqi perspektivlərinə toxunulub. Litva tərəfi rəqəmsallaşma sahəsindəki irəliləyişləri müsbət qiymətləndirərək əməkdaşlığı genişləndirməyə hazır olduğunu təsdiqləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31