ABŞ İranın dəniz ticarətini tamamilə blokadaya aldı – ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ-nin Yaxın Şərqdəki Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper İran limanlarının blokadasının tam gücü ilə tətbiq edildiyini bəyan edib. Bildirilib ki, blokada başladıqdan sonra 36 saatdan az müddətdə İranın dəniz vasitəsilə həyata keçirdiyi bütün iqtisadi ticarət əməliyyatları dayandırılıb. Admiral qeyd edib ki, ölkə iqtisadiyyatının 90%-i beynəlxalq dəniz ticarətindən asılıdır və hazırda bölgədəki ABŞ hərbi gəmiləri keçidləri tam nəzarətə götürərək "şəbəkə" funksiyasını yerinə yetirir.

"The Washington Post"un məlumatına görə, ABŞ hərbi gəmiləri İran limanlarına yaxınlaşmadan, əsasən Oman körfəzi və Ərəb dənizində mövqe tutaraq ticarət gəmilərini geri qaytarır. Blokada üçün 10 min hərbi qulluqçu, onlarla gəmi, qırıcılar və dronlar cəlb olunub. Xatırladaq ki, aprelin 13-də qüvvəyə minən bu qərar Hörmüz boğazının İran tərəfindən minalanması fonunda ABŞ-nin dənizdəki üstünlüyünü nümayiş etdirmək məqsədi daşıyır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31