ABŞ Rusiya neftinə qarşı sanksiyaları bərpa edib

ABŞ-nin Rusiya neftinə qoyduğu sanksiyalar yenidən qüvvəyə minib.

Olaylar.az xəbər verir ki, bu barədə "Politico" nəşri yazır.

Nəşr qeyd edir ki, sanksiyalar ABŞ Prezidenti Donald Trampın administrasiyasının onların tətbiqinə dair Rusiyaya verilmiş güzəşt müddətini uzatmamasından sonra bərpa olunub.

ABŞ Maliyyə Nazirliyi martın 12-dək gəmilərə yüklənmiş Rusiya nefti və neft məhsullarının satışına dair sanksiyaları ləğv etmişdi. Bu qurumun Xarici Aktivlərə Nəzarət İdarəsi tərəfindən dərc olunmuş əsas lisenziya belə əməliyyatlara aprelin 11-dək icazə verirdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31