Ukraynanın hər il 300 min miqranta ehtiyacı var - ÖZƏL
15 Aprel 12:25 SiyasətƏhalinin azalması səbəbindən Ukraynanın hər il 300 000 miqrant işçiyə ehtiyacı var, lakin onlar üçün cəlbedici bir məkana çevrilə bilməyəcək. Olaylar.az xəbər verir ki, bu barədə Ukraynanın Miqrasiya Siyasəti İdarəsinin rəhbəri Vasili Voskoboynik bildirib.
Onun sözlərinə görə, 300 000 rəqəmi ölümlərin doğum sayından xeyli çox olması səbəbindən riyazi hesablamaya əsaslanır. "Bu rəqəm haradan gəlir? Müharibə olmasa belə, ildə təxminən 200 000-250 000 doğum və təxminən yarım milyon ölüm halı olurdu. Yəni, hər il sırf demoqrafik olaraq əhali 250000-300000 nəfər azalırdı. Buna görə də, əhalimizi qorumaq üçün xaricdən miqrantları məhz bu sayda cəlb etməliyik", - deyə o, "Ukrayinskaya Pravda"ya bildirib. Voskoboynik miqrantların digər ölkələrdən daha çox Ukraynanı seçmələrinin ehtimalının az olduğunu etiraf edir. "Ölkə yüz minlərlə insanı cəlb etməyə çalışsa belə, əcnəbilərin seçim imkanı olacaq və onlar daha çox pul qazana biləcəkləri Polşa və ya Almaniya kimi daha varlı ölkələrə üstünlük verəcəklər", - deyə o qeyd edir.