Peter Magyar: "Macarıstan Rusiya neftindən imtina edə bilməz" – ÖZƏL
11:27 SiyasətOlaylar.az xəbər verir ki, Macarıstanda seçkilərin qalibi olan "Tisa" partiyasının lideri Peter Magyar "Drujba" kəməri vasitəsilə Rusiya neftinin tədarükünün ölkəsi üçün həyati əhəmiyyət kəsb etdiyini bəyan edib. Coğrafi mövqeyə görə bu xammaldan imtina etməyin qeyri-mümkün olduğunu bildirən Magyar, Ukraynanın vəd etdiyi kimi aprelin sonunda tranziti bərpa edəcəyinə ümidini ifadə edib.
May ayında baş nazir postuna keçəcəyi gözlənilən siyasətçi, hazırda Volodimir Zelenski ilə birbaşa təmasların hələlik fəaliyyətdə olan hökumətin səlahiyyətində olduğunu qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31