Orbanın Aİ müttəfiqləri Kiyevin kredit almasına mane ola bilər-ÖZƏL
15 Aprel 10:58 SiyasətViktor Orbanın Aİ siyasi arenasından getməsi, Brüssel üçün, xüsusən də Kiyevə yardımla bağlı əsas qərarlar qəbul etməyin daha asan olacağı anlamına gəlmir. Olaylar.az xəbər verir ki, "Politico"nun məlumatına görə, vəzifəsindən gedən Macarıstan baş nazirinin "müttəfiqləri" Aİ Şurasında qalır və Ukraynaya kredit vermək planlarına daha da mane ola bilər. Nəşr, cəmiyyətdə "konsensusu pozanlar" kimi Orbanın varisi olma ehtimalının "ən yüksək" olduğunu iddia etdiyi beş siyasi şəxsin adını çəkib. Bunlar Slovakiyanın Baş naziri Robert Fiko, Çexiyanın Baş naziri Andrey Babiş, İtaliyanın Baş naziri Corcio Meloni, müxalifətdəki Sloveniya Demokrat Partiyasının (SDP) lideri Yanez Yanşa və Bolqarıstanın keçmiş prezidenti Rumen Radevdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31