Maykl Oflaerti Gürcüstanın Xalq müdafiəçisi ilə insan hüquqlarını müzakirə edib – ÖZƏL
17:31 SiyasətOlaylar.az xəbər verir ki, Avropa Şurasının İnsan Hüquqları üzrə komissarı Maykl Oflaerti Gürcüstana səfəri çərçivəsində ölkənin Xalq müdafiəçisi (ombudsman) Levan İoseliani ilə görüşüb. Görüşdə Gürcüstandakı insan hüquqlarının mövcud vəziyyəti, parlamentə təqdim olunan illik hesabat və son qanunvericilik dəyişiklikləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Levan İoseliani jurnalistlərə açıqlamasında bildirib ki, müzakirələrin əsas mövzularından birini aksiyalar zamanı saxlanılan şəxslərin, o cümlədən həbsdə olan siyasətçilərin və jurnalist Mziya Amaqlobelinin vəziyyəti təşkil edib. Komissar həmçinin nümayişçilərə qarşı fiziki güc tətbiq edən şəxslərin məsuliyyətə cəlb olunması, işğal xətti boyunca yaşayan vətəndaşların hüquqları və QHT-lərlə bağlı qanunvericilikdəki son dəyişikliklərlə yaxından maraqlanıb.
Qeyd edək ki, səfər çərçivəsində Maykl Oflaerti qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə də görüşlər keçirib və Gürcüstandan sonra digər ölkələrə səfər edəcək