Polşanın eks-baş naziri korrupsiya qalmaqalı ilə bağlı ittiham oluna bilər – ÖZƏL

Polşa Milli Prokurorluğu yaxın vaxtlarda ölkənin keçmiş baş naziri Mateuş Moravetskiyə qarşı Strateji Rezervlər Hökumət Agentliyində (RARS) yol verilmiş mənimsəmə halları ilə bağlı rəsmi ittiham irəli sürə bilər. 

Olaylar.az xəbər verir ki, "Onet" portalının məlumatına görə, araşdırmalar Ukrayna üçün generatorların şişirdilmiş qiymətlərlə alınması və digər qanunsuz satınalmalar ətrafında aparılır. İş üzrə əsas fiqurant, "Red is Bad" şirkətinin rəhbəri Pavel Ş.-nın verdiyi son ifadələr istintaqın gedişatını dəyişib. 

Müstəntiqlər agentliyin sabiq rəhbəri Mixal Kuçmerovskinin bu cinayət sxemlərini birbaşa Moravetskinin göstərişi və ya məlumatı daxilində həyata keçirib-keçirmədiyini araşdırır. İndiyədək iş üzrə şahid qismində belə iştirak etməyən eks-baş nazirin statusunun yaxın günlərdə dəyişəcəyi gözlənilir. Hazırda iş üzrə 5 nəfərə ittiham irəli sürülüb, agentliyin keçmiş rəhbəri Kuçmerovskinin isə Londondan Polşaya ekstradisiyası məsələsinə baxılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31