Zelenski Macarıstanın yeni rəhbərliyi ilə görüşməyə hazır olduğunu açıqladı- ÖZƏL
15:41 SiyasətUkrayna yeni Macarıstan hökuməti ilə görüşməyə və münasibətlər qurmağa hazırdır. Olaylar.az xəbər verir ki, bu barədə Volodimir Zelenski Berlində Almaniya kansleri Fridrix Merz ilə birgə mətbuat konfransında bildirib.
"Əminəm ki, Macarıstanla əməkdaşlıq edəcəyik, biz qonşuyuq. Bu ölkənin yeni rəhbərliyinə gəldikdə isə, düşünürəm ki, münasibətlərimizi, istəsəniz, praqmatizm üzərində qura bilərik. Görüşməyə hazırıq. Macarıstanın yeni Baş naziri hazır olduqda - həmişə", - deyə o, jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Zelenskinin səfəri Almaniya-Ukrayna hökumətlərarası məsləhətləşmələrinin bir hissəsidir. Hər iki tərəf bu məsləhətləşmələr üçün planlarını 2025-ci ilin may ayının sonlarında açıqlamışdı, lakin təhlükəsizlik səbəblərinə görə konkret tarix bu yaxınlara qədər gizli saxlanılırdı.