İranın hava məkanı təxminən 18 aprelə qədər bağlı qalacaq- ÖZƏL

İranın hava məkanı təxminən 18 aprel şənbə səhərinə qədər bağlı qalacaq. Olaylar.az xəbər verir ki, bu barədə TASS-a Yaxın Şərq hava hərəkətinin idarə edilməsi xidmətindəki mənbə bildirib. Agentliyin mənbəsi ölkənin aviasiya hakimiyyətinin müvafiq qərarına istinadən bildirib ki, "İran səması 18 aprel şənbə günü təxminən saat 5:30-a  qədər uçuşlar üçün bağlı olacaq". Mənbənin sözlərinə görə, istisna olaraq, İran aviasiya hakimiyyəti dövlət, hərbi və tibbi təyyarələrlə uçuşlara, eləcə də axtarış-xilasetmə uçuşlarına icazə verir. "Bu cür uçuşlar mülki aviasiya hakimiyyətinin xüsusi icazəsi ilə həyata keçirilə bilər", - deyə mənbə qeyd edib.
ABŞ və İsrailin hərbi əməliyyat başlatmasından sonra İranın hava məkanı 28 fevral səhəri bağlandı. Tehran da daxil olmaqla, İranın böyük şəhərləri hücuma məruz qaldı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31