Ermənistanda heç bir partiya təkbaşına çoxluq qazana bilmir: Müxalifətin koalisiya planı – ÖZƏL

Olaylar.az xəbər verir ki, "Ermənistan" blokundan olan deputat Qarnik Danielyan aprelin 14-də jurnalistlərə açıqlamasında ölkədəki mövcud siyasi mənzərəni şərh edib. O bildirib ki, hazırda nə iqtidardakı "Mülki Müqavilə" partiyası, nə də hər hansı digər siyasi qüvvə təkbaşına parlamentdə səs çoxluğu (50+1) qazanmaq iqtidarında deyil. 

Danielyan vurğulayıb ki, Paşinyan hakimiyyətini dəyişməyin yeganə yolu müxalifət qüvvələrinin kollektiv birliyidir və ən çox səs toplayan müxalif qüvvə ətrafında konsolidasiya məntiqlidir. Hakimiyyətdən başqa bütün qüvvələrlə əməkdaşlığa açıq olduqlarını deyən deputat, siyahılarda Robert Köçəryanın və oğlunun yer almasını dünya praktikasına uyğun hesab etdiyini və komandanın qərarı olduğunu qeyd edib. Özünün siyahıdakı yeri barədə suallara isə Danielyan, mübarizəsinin mandat yox, ölkənin xilası naminə olduğunu deyərək cavab verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31