ABŞ atəşkəsdə, İran isə müharibədə maraqlıdır- ÖZƏL
14 Aprel 10:45 Siyasət"Hörmüz boğazı ətrafında baş verən proseslər, uğursuz danışıqlardan sonra indi də ABŞ tərəfindən boğazın blokadası, ABŞ hərbi gəmilərinin boğazda sərbəst hərəkəti,xüsusən də, atəşkəsin davam etməsi İran üçün bir tələ oldu". Olaylar xəbər verir ki, bunu ƏHD Partiyası ictimai- siyasi əlaqələr üzrə katibi Azər Qasımov deyib: "Artıq ABŞ atəşkəsdə, İran isə müharibədə maraqlıdır. Məsələ ondadır ki, atəşkəs rejimi davam etdikcə müharibəni başladan tərəf olmayan öz addımlarına hüquqi don geyindirəcək. Əks tərəf isə qanundankənar olacaq. Bu da oyuna yeni aktorların daxil olmasına səbəb olacaq, çünki bu mərhələ beynəlxalq hüquq çərçivəsində davam edəcək. İndi atəşkəsi uzadan tərəfin qalib gəlmək şansları daha çox olacaq.
ABŞ əvvəl hərbi, sonra iqtisadi zəiflədəcəyi İrana quru qoşunları yeritməyi planlayır. Ona görə də vaxt qazanmaqla məşğuldur. Danışıqların uğursuz olacağı əvvəlcədən bəlli olsa da, İranın İslamabada danışığa getməsi daxilən müharibədən çəkindiyinin əlaməti idi ki, bəlkə müharibə dayanar. ABŞ zatən müharibəni başlatmaqla İrandan çəkinmədiyini sübut etmişdi. Sadəcə İranı danışığa çəkib, danışıqlardan nəticəsiz ayrılmaqla öz gələcək addımlarına legitimlik qazandırdı. İran isə Hörmüz boğazını bağlamaqla zatən əlindəki kozırını itirmişdi. Çünki kozır tətbiq olunana kimi güclü təsir vasitəsidir. Tətbiq olunandan sonra öz təsirini tədricən itirir