Hikmət Hacıyev Kayrat Sarıbayla AQEM sammitini müzakirə etdi
19:20 SiyasətAzərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi Kayrat Sarıbayla görüşüb.
Olaylar.az xəbər verir ki, bu barədə Kayrat Sarıbay "X" platformasında yazıb.
Görüş zamanı AQEM sammiti və AQEM Media Forumuna hazırlıqlar müzakirə edilib.
Kayrat Sarıbay AQEM-də Azərbaycanın liderliyini yüksək qiymətləndirdiyini bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31