ABŞ-NATO xəttində gərginlik: Tramp müttəfiqləri “cəzalandıra” bilərmi?- ÖZƏL

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun NATO daxilindəki siyasətini köklü şəkildə nəzərdən keçirəcəyini bəyan edib. Endryu hərbi bazasında jurnalistlərə açıqlama verən Tramp, ABŞ-nin Avropanın müdafiəsi üçün trilyonlarla dollar xərcləməsini "gülünc" adlandırıb. Prezident xüsusilə İran əməliyyatı zamanı müttəfiqlərindən dəstək görmədiyini vurğulayaraq alyansdan məyus olduğunu bildirib. Müttəfiqlərin "cəzalandırılması" ehtimalı barədə sualı isə Tramp "görəcəyik necə olacaq" deyərək cavablandırıb.
Mövzu ilə bağlı politoloq Tural İrfan Olaylar.az-a açıqlama verib: 
" ABŞ və NATO arasında ziddiyyət İran müharibəsindən əvvəl də mövcud idi. Lakin hesab etmək olar ki, NATO Rusiya - Ukrayna müharibəsinə də qarışmadığı kimi bu savaşa da qatılmaqda tələsmir. ABŞ NATO-dan çıxmayacaq. Əksinə NATO-nun İran savaşının həlledici mərhələyə çatmasını gözləyir. Avropa İttifaqı ölkələrinin müstəqil şəkildə alyans qurmağa resursları və maddi imkanları yetərli deyil. Öz müdafiə sistemlərini təmin etməyə görə gərək onlar da ABŞ kimi işğal etməyə ölkə axtarsınlar. Bu da indiki halda onlar üçün əlverişli deyil. Tramp iqtisadi rıçaqları istifadə etməkdə siyasi dəstək ala bilmir və görünür ki, ABŞ dərin dövləti buna mane olur. Hörmüz boğazı ətrafına dalana dirəniş də bunu sübut edir. İrana qarşı uzun illik sanksiyaların qarşısında bu ölkə uzaqmənzilli raketlər istehsal edərək nüvə zənginləşdirə bilirsə demək ABŞ Avropa İttifaqı ölkələrinə qarşı təsirli təziq edə bilməz. NATO üzvləri də bu savaşın əslində İsrailin savaşı olduğunu gözəl bilirlər. Odur ki, təmkini qoruyurlar. Lakin ABŞ üçün ciddi təhlükə yaranarsa şübhəsiz ki, NATO mövcud ziddiyyətlərə baxmayaraq dərhal proseslərə müdaxilə edəcək". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31