Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Gürcüstana səfər edir – ÖZƏL
14:48 SiyasətAvropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Maykl O'Flaerti Gürcüstana səfər edəcəyini açıqlayıb.
Olaylar.az xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkə hesabında paylaşım edərək bildirib ki, səfər çərçivəsində ölkə rəhbərliyi, rəsmi şəxslər və vətəndaş cəmiyyəti nümayəndələri ilə bir araya gələcək.
Görüşlərin əsas mövzusu Gürcüstanda insan hüquqları ilə bağlı bir sıra mühüm məsələlərin müzakirəsi olacaq. Maykl O'Flaerti bu səfərin tərəflər arasında dialoqun gücləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31