“Daha güclü İran gəlir” İDDİASI – Bakıdan TƏPKİ
13:50 SiyasətABŞ kəşfiyyatı belə qənaətə gəlib ki, Çin davam edən atəşkəs və gərginliyin azaldılması üzrə diplomatik səylərə baxmayaraq, İrana silah tədarükünə hazırlaşa bilər. Bu barədə CNN son kəşfiyyat qiymətləndirmələri ilə tanış olan mənbələrə istinadən məlumat verib.
Kəşfiyyatın qiymətləndirməsinə əsasən, İran döyüş əməliyyatlarındakı mövcud fasilədən öz hərbi imkanlarını bərpa etmək üçün istifadə edə bilər. Söhbət xüsusilə ABŞ və müttəfiqlərinin zərbələri nəticəsində zədələnmiş hərbi infrastrukturun və arsenalın yenidən bərpasından gedir. Belə bir məqamda hava hücumundan müdafiə sistemlərinin tədarükü, xüsusilə atəşkəs müvəqqəti olarsa, qüvvələr balansını ciddi şəkildə dəyişə bilər.
Müharibədən sonra Yaxın Şərqdə daha güclü İranın olacağı proqnozu nə dərəcədə realdır, əgər ortada heç bir yazılı anlaşma yoxsa...
Alyans Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov Musavat.com-a bildirib ki, Çinin müharibənin ilk günlərində İrana kömək göstərməsi barədə Tramp da bəyanat vermişdi:
"Ancaq çox güman ki, sonrakı günlərdə yardım dayandırıldı. Çin yəqin ki, bundan sonra da İrana köməklik göstərməyəcək. Çünki Tramp Çini 50 faizlik rüsumlarla hədələdi. Bu müharibənin gedişində İran çox ağır yara aldı. Baxmayaraq ki, İran özünü qalib elan edir. Əslində bu, İranın özünə və xalqına etdiyi pislikdir. İran müharibədə ağır yara alıb və gündən-günə geri gedir. Lakin qələbə bəyanatlarının gurultusu bir az da artır, daha şiddətli zərbələr hədələri səsləndirilir. 1979-cu ildə İranda islam inqilabı baş verməzdən əvvəl ölkə dünyanın ən sürətlə inkişaf edən dövlətlərindən biri idi. Ümumi daxili məhsul hər il təqribən 11 faiz səviyyəsində artırdı. Öz iqtisadi gücünə görə İran həm Türkiyədən, həm Səudiyyə Ərəbistanından, həm İsraildən bir neçə dəfə yüksən ÜDM-ə malik idi. İndi isə vəziyyət tamamilə mənfiyə dəyişib".
Onun fikrincə, hazırda İran öz iqtisadi gücünə görə bu dövlətlərin hamısından geri qalır: "İqtisadi güc olmadan hərbi gücü necə inkişaf etdirmək olar?! Axı bu, mümkün deyil".
Ekspert qeyd edib ki, ABŞ və İsrail İrana qarşı ağır müharibə apardı, amma yanvardakı xalq etirazlarında daha bu çox insan öldürüldü, nəinki 40 günlük savaşda. Onun qənaətinə görə, belə vəziyyətdə inkişaf mümkün deyil.