Ermənistan Avropa Partiyası seçkilərə “Hamıya qarşı” hərəkatı ilə qatılır – ÖZƏL

Tiqran Xzmalyanın rəhbərlik etdiyi Ermənistan Avropa Partiyası parlament seçkilərində "Hamıya qarşı" hərəkatının siyahısı ilə iştirak edəcək. 

Olaylar.az xəbər verir ki, bu barədə partiya rəhbərliyi "NEWS.am" agentliyinə məlumat verib. Qeyd edək ki, bir müddət əvvəl "Hamıya qarşı" hərəkatı "Njar" konstitusiya hərəkatı ilə birləşdiyini bəyan etmişdi. Hazırda partiya bu siyasi platforma daxilində seçki marafonuna hazırlaşır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31