Bir sıra sənədlərin dövlət orqanlarında saxlanmasının son müddəti müəyyənləşib

Bir sıra sənədlərin dövlət orqanlarında saxlanmasının son müddəti müəyyənləşib.Trend-in əldə etdiyi məlumata görə, bu müddət 35-75 il arasında dəyişir.Belə ki, sənədlərin daimi mühafizə və məhv etmək üçün seçilməsi müvafiq sahə üzrə qanunvericilikdə müəyən olunmuş qaydalara uyğun aparılır.

Sənədlərin dövlət orqanları, idarə, müəssisə və təşkilatlarındə saxlanmasının son müddətləri "Milli arxiv fondu haqqında" Qanunla aşağıdakı kimi müəyyən edilib:2006-cı il yanvarın 1-dək kargüzarlıqda icrası başa çatmış işçi heyət üzrə sənədlər üçün - 75 il;

2006-cı il yanvarın 1-dən sonra kargüzarlıqda yaranan dövlət orqanlarının, iri dövlət şirkətlərinin rəhbərlərinin, dövlət, elm və mədəniyyət xadimlərinin, dövlət təltifləri və elmi dərəcələrə malik şəxslərin işçi heyət üzrə sənədləri üçün - 75 il;

digər işçi heyət üzrə sənədlər üçün - 35 il.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31