Türk Mədəniyyəti və İrsi Fondu ilə İslam Sivilizasiyası Mərkəzi ANLAŞMA İMZALAYIB
11:54 SiyasətTürk Mədəniyyəti və İrsi Fondu beynəlxalq əməkdaşlıq əhatəsini genişləndirir
10 aprel 2026-cı ildə Daşkənd şəhərində Əmir Teymur irsinə həsr olunmuş beynəlxalq elmi konfrans çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondu ilə Özbəkistan Respublikası Prezidentinin təşəbbüsü ilə yaradılmış İslam Sivilizasiyası Mərkəzi arasında Anlaşma imzalanıb.
Sənədi Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova ilə İslam Sivilizasiyası Mərkəzinin direktoru Firdavs Abduxaliqov imzalayıb.
Anlaşma Türk dünyasının mədəni irsinin və İslam ənənələrinin beynəlxalq səviyyədə təbliği, tanıdılması yönündə işbirliyini gücləndirmək məqsədi daşıyır.
Tərəflər birgə mədəni-elmi tədbirlərin, sərgi və forumların təşkili, eləcə də təhsil proqramlarının və elmi araşdırma təşəbbüslərinin inkişaf etdirilməsi barədə razılığa gəliblər.
Sənəddə, eyni zamanda, ortaq nəşrlərin hazırlanması, qarşılıqlı təcrübə və bilik mübadiləsinin genişləndirilməsi, həmçinin hər iki tərəf üçün maraqlı olan digər sahələrdə işbirliyinin gerçəkləşdirilməsi nəzərdə tutulur.