Parlamentdə dostluq qrupunun iclası keçirilib
15:52 SiyasətAprelin 9-da Milli Məclisdə Azərbaycan Respublikası Milli Məclisi, Türkiyə Respublikası Böyük Millət Məclisi və Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin dostluq qrupları üzvlərinin 3-cü iclası keçirilib. Olaylar xəbər verir ki, iclasda qeyd olundu ki, dövlətlərimiz, xalqlarımız arasında bütün sahələrdə sıx əməkdaşlıq və dostluq münasibətləri mövcuddur. Bu əlaqələrin möhkəmlənməsində Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın müstəsna rolu var.
Vurğulandı ki, bu formatda keçirilən iclaslar qarşılıqlı anlaşmanın dərinləşdirilməsinə, ortaq dəyərlər əsasında əməkdaşlığın genişləndirilməsinə və üç qardaş dövlət arasında siyasi dialoqun daha da gücləndirilməsinə xidmət edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31