Avstraliya kəşfiyyat məlumatlarının İrana qarşı istifadəsinə məhdudiyyət qoyub – ÖZƏL

Olaylar.az xəbər verir ki, Avstraliyanın müdafiə naziri Riçard Marlz və Silahlı Qüvvələrin komandanı admiral Devid Constun "E-7A Wedgetail" kəşfiyyat təyyarəsinin Fars körfəzindəki fəaliyyəti ilə bağlı mühüm açıqlama veriblər. Bildirilib ki, təyyarə tərəfindən toplanan məlumatlar ABŞ-nin də təmsil olunduğu Birgə Hava Əməliyyatları Mərkəzinə ötürülsə də, bu informasiya yalnız BƏƏ və digər körfəz ölkələrinin müdafiəsi üçün nəzərdə tutulub. 

Admiral Constun xüsusi olaraq vurğulayıb ki, ötürülən məlumatlar ABŞ-nin İrana qarşı mümkün hücum əməliyyatlarında istifadə edilməməsi üçün ciddi şəkildə süzgəcdən keçirilir. Mart ayından bölgədə monitorinq aparan Avstraliya missiyası Baş nazir Entoni Albaniz tərəfindən qeyri-müəyyən müddətə uzadılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31