Naxçıvanda Ombudsman haqqında qanun ləğv edilə bilər

"Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikasının Qanunu ləğv ediləcək.

Bununla bağlı məsələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2026-cı il yaz sessiyasının aprelin 10-da keçiriləcək beşinci iclasının gündəliyinə daxil edilib.

Belə ki, iclasda "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikasının Qanununun ləğv edilməsi barədə" Naxçıvan Muxtar Respublikasının Qanun layihəsi müzakirə ediləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31