İran atəşkəs üçün yalvarıb – Pentaqon rəhbəri
16:57 Siyasətİran tərəfi atəşkəs üçün ABŞ-yə yalvarıb.
Trend xəbər verir ki, belə bir bəyanatla Pentaqon (ABŞ-nin Müharibə Nazirliyi) rəhbəri Pit Heqset keçirdiyi brifinqdə çıxış edib.
"İran 47 il ərzində ABŞ və azad dünya üçün təhdid təşkil edib... Lakin indi hər şey dəyişib - bu, bizim dövrümüzdə baş vermədi. Prezident Donald Tramp tarixə düşdü. İran atəşkəs üçün yalvarırdı və biz bunu hamımız bilirik", - deyə nazir qeyd edib.
Pentaqon rəhbəri vurğulayıb ki, "Epik qəzəb" əməliyyatı Vaşinqton üçün həqiqi hərbi zəfər olub.
Bundan əvvəl Tramp İranla iki həftəlik atəşkəsə razılaşdığını bildirib. Siyasətçinin sözlərinə görə, Vaşinqton və Tehran uzunmüddətli sülhə dair yekun razılaşmanın əldə olunmasına yaxındır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31